QR CodeQR Code

Berlin: Alman ekstremistləri Suriyada hökumətə qarşı döyüşürlər

Islamtimes , 27 Apr 2013 10:47

Islamtimes - Almaniyanın daxili işlər naziri Hans Peter Fredrix bəyan edərək bildirib ki, Almaniyadan olan bir qrup ekstremistlər Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı silahlı terroristlər ilə bir yerdə döyüşürlər.


islamtimes.org/az/ - Cümə axşamı günü dərc edilən Alman jurnalı Spiegel-ə müsahibə verən Fredrix deyib ki, Alman hökuməti bu ekstremistlərin Suriyadan qayıtdıqdan sonra Almaniya təhlükəsizliyinə təhdid yarada biləcəkləri haqqında narahatçılıq keçirir.

O təsdiq edərək bildirib ki, ölkədə nəzarət altında olan bu ekstremistlər indi Suriyada əməliyyatlarda iştirak edirlər və silahlı müxalifət qrupları daxilində Suriya hökumətinə qarşı döyüşürlər.

Alman nazir ölkədə nəzarət altında olan Alman ekstremistlərin hansı şəkildə Suriyaya getməkləri haqqında məsələni şərh etməkdən qısa izah verməklə boyun qaçırıb.

O deyib ki, Almaniya vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq və Suriyada döyüşlərdə iştirak edən avropalıların evlərinə geri qayıdaraq ölkələrində bu əməliyyatları davam etdirmələrindən dərin narahatlıq keçirir.


Story Code: 258369

News Link :
https://www.islamtimes.org/az/news/258369/berlin-alman-ekstremistləri-suriyada-hökumətə-qarşı-döyüşürlər

Islam Times
  https://www.islamtimes.org