0
Saturday 27 April 2013 - 10:54

İran düşmən təhdidlərinə döyüş meydanında cavab verəcək

Story Code : 258372
İran düşmən təhdidlərinə döyüş meydanında cavab verəcək
İran düşmən təhdidlərinə döyüş meydanında cavab verəcək
Islam times.org/az/ - Bokai cümə günü həmçinin ABŞ və İsrailin anti-İran təhdidlərinin yalnız psixoloji müharibədən ibarət olduğunu vurğulayıb.

O deyib: “Əgər düşmən səhv edərsə, biz onların təhdidlərinə döyüş meydanında cavab verəcəyik.”

İran rəsmisi qeyd edərək bildirib ki, İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei sionist rejimi İsrail və ABŞ-ın təhdidləri ilə mübarizə aparmağın konkret yolunu müəyyən edib və İslam Rəhbərinin tapşırığı şübhəsiz ki yerinə yetiriləcək.

Mart ayında Məşhəd şəhərində geniş kütlə qarşısında çıxışı zamanı Ayətullah əl üzma Xamenei demişdir ki, İran xalqı ABŞ və yaxud İsrail tərəfindən olan biləcək hər bir hücuma eyni tərzdə cavab verəcək.

Bokai vurğulayaraq bildirib ki, İsrail öz təhdidlərindən əl çəkə bilməz, çünki bu vasitə ilə o fikirləri öz ölkəsində olan iqtisadi, siyasi və geosiyasi problemlərdən yayındırmaq istəyir.

O bu açıqlamanı ABŞ müdafiə naziri Çak Hagelin 21 apreldə İsrailin İslam Respublikasına qarşı olan müharibə təhdidlərini dəstəklədiyini və Vaşinqton və Tel Əvivin Tehrandan eyni təhlükəni gördüklərini bildirdikdən sonra etdi.
Source : Islamtimes
Comment