QR CodeQR Code

ABŞ İraq ssenarisini indi də Suriyada həyata keçirmək istəyir

Islamtimes , 27 Apr 2013 11:02

İslamtimes - ABŞ, İsrial və Britaniya 2003-cü ildə İraqı işğal etmək üçün istifadə edilən kimyəvi silahlar bəhanəsindən istifadə edərək indi də Suriyanı işğal etmək istəyirlər.


islamtimes.org/az/ - ABŞ dövlət katibi Çak Hagel iddia edərək bildirib ki, Amerika kəşfiyyat idarəsi müəyyən etibarlı mənbələr vasitəsilə aşkar edib ki, Suriya hökuməti kiçik miqdarda kimyəvi silahlardan istifadə edib.

O bu açıqlamanı İsrail rejimi, Britaniya və Fransanın iddia edərək Suiryada kimyəvi silahlardan istifadə edildiyini bildirdikdən sonra etmişdir. Ancaq kimyəvi silahlardan kimin və nə vaxt istifadə edildiyi haqqında məlumat verilməyib.

ABŞ ordu birləşmələrinin rəhbəri Martin Dempsey həmçinin deyib ki, siyasəti müəyyən etmək onun işi olmasada, o Suriyaya qarşı hərbi müdaxilənin baş verməsini təmin edə bilər.

Daha sonra ABŞ-ın respublikaçı senatoru Con Makkeyin həmçinin ABŞ prezidenti Barak Obamanın Suriyadakı münaqişəyə qarşı daha sərt addımlar atmağa çağırmş və Obamadan Suriyada qeyri uçuş zonasının yaradılmasını və xaricdən dəstək alan üsyançıları silah-sursat ilə təmin etməyə səsləyib.

Bu arada cümə günü iki Suriya rəsmisi hökumətin üsyançılara qarşı kimyəvi silahlardan istifadə iddialarını rədd etmiş və bildirmişdilər ki, Dəməşqin buna ehtiyacı yoxdur.

Sabiq ABŞ prezidenti Corc Buş İraqı işğal etmək üçün İraqda kimyəvi silahların mövcudluğunu bəhanə gətirmişdir, ancaq indiyə kimi İraqda kimyəvi silahlar aşkar edilməyib.


Story Code: 258376

News Link :
https://www.islamtimes.org/az/news/258376/abş-iraq-ssenarisini-indi-də-suriyada-həyata-keçirmək-istəyir

Islam Times
  https://www.islamtimes.org