0
Friday 14 May 2010 - 23:49
Tehranın İmam cüməsi:

G-15 iclası böyük əhəmiyyətə malikdir

Story Code : 25861
G-15 iclası böyük əhəmiyyətə malikdir
Tehranın cümə namazı xitabətçisi G-15 qrupu iclasının Tehranda keçirilməsini İİR quruluşunun dünyada malik olduğu ali mövqeyin nişanəsi adlandırıb.
Tehranın bu həftəki cümə namazının xətibi Kazim Sediqi əlavə edib: 
Qərb ölkələrinin İranı siyasi təcrid ilə üzləşdirməyə səy göstərdikləri bir halda G-15 qrupuna üzv ölkələrindən minimum 8 prezidentin Tehran iclasında iştirak etməsi İran diplomatiyasının aktivliyinin nişanəsidir.
 G-15 qrupunun sammiti may ayının 17-də Tehranda keçiriləcək.
Tehranın cümə namazı xitabətçisi sözlərinin davamında Tehranda keçirilən 23-cü Beynəlxalq Kitab Sərgisini də İran xalqının mədəniyyəti və sivilizasiyasında dönüş nöqtəsi adlandırıb.
O bu hərəkətin əsasını mübarək adlandırıb və onu islam inqilabının mahiyyətinin insanların diqqətinə çatdırılması, din hakimiyyətinin üstün cəhətləri və ailə məsuliyyəti və siyasətində səmavi qanunların öyrənilməsində mühüm adlandırıblar.
Tehranın cümə namazı xitabətçisi həmçinin İraqın İrana zorla qəbul etdirdiyi 8 illik müdafiə illərinə işarə edərək, bu müharibəni din ilə dinsizlik arasındakı müharibənin cövhəri adlandırıb və onun müxtəlif cəhətlərinin, o sıradan könüllülərin fədakarlıqlarının öyrənilməsini, müharibə xatirələrinin bəyan edilməsini zəruri məsələlərdən adlandırıb.
Source : IRIB
Comment