0
Sunday 28 April 2013 - 13:27

ABŞ silah ticarətini həyata keçirmək məqsədi ilə Yaxın Şərqdə müharibələr yaradır

Story Code : 258758
ABŞ silah ticarətini həyata keçirmək məqsədi ilə Yaxın Şərqdə müharibələr yaradır
ABŞ silah ticarətini həyata keçirmək məqsədi ilə Yaxın Şərqdə müharibələr yaradır
Islam times.org/az/ - Şənbə günü İrəc Nədimi deyib ki, silah ticarəti ABŞ-ın əsas gəlir mənbəyidir və regionda müharibələrin başlaması Vaşinqtonun iqtisadi problemlərinin həll edilməsinə kömək edir.

O deyib: “Müharibələr, gərginliklər və münaqişələr hamısı ABŞ tərəfindən yaradılır və bu vasitə ilə onlar ölkənin əsas işlərinin idarəçiliyini həyata keçirmək istəyirlər.”

Nədimi əlavə edərək deyib ki, regional dövlətlərə satılan silahlar Yaxın Şərqin təhlükəsizliyini təhdid altında qoyur və bu cür silahları satın alan ölkələr gərək aydınlıq gətirələr ki, onlar bu silah-sursatı müdafiə məqsədi ilə yoxsa təcavüz məqsədi ilə alırlar.

22 aprel tarixində ABŞ müdafiə naziri Çak Hagel və İsrail müdafiə naziri Moşe Yaalon yeni silah sövdələşməsi imzaladılar.

Hagel deyib ki, ABŞ İsraili bir sıra inkişaf etmiş yeni hərbi təchizatlar, o cümlədən anti rada raketləri, qırıcı təyyarələr üçün radar sistemləri və digərləri ilə təmin edəcək.

ABŞ həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə də silah-sursat ticarəti sövdələşməsini imzlayıb.
Source : Islamtimes
Comment