QR CodeQR Code

ABŞ silah ticarətini həyata keçirmək məqsədi ilə Yaxın Şərqdə müharibələr yaradır

Islamtimes , 28 Apr 2013 13:27

İslamtimes - İranlı millət vəkili deyib ki, ABŞ region dövlətlərinə silah-sursat satmaq üçün Yaxın Şərqdə müharibələr yaradır və bu yollada öz iqtisadi problemlərini həll etmək istəyir.


islamtimes.org/az/ - Şənbə günü İrəc Nədimi deyib ki, silah ticarəti ABŞ-ın əsas gəlir mənbəyidir və regionda müharibələrin başlaması Vaşinqtonun iqtisadi problemlərinin həll edilməsinə kömək edir.

O deyib: “Müharibələr, gərginliklər və münaqişələr hamısı ABŞ tərəfindən yaradılır və bu vasitə ilə onlar ölkənin əsas işlərinin idarəçiliyini həyata keçirmək istəyirlər.”

Nədimi əlavə edərək deyib ki, regional dövlətlərə satılan silahlar Yaxın Şərqin təhlükəsizliyini təhdid altında qoyur və bu cür silahları satın alan ölkələr gərək aydınlıq gətirələr ki, onlar bu silah-sursatı müdafiə məqsədi ilə yoxsa təcavüz məqsədi ilə alırlar.

22 aprel tarixində ABŞ müdafiə naziri Çak Hagel və İsrail müdafiə naziri Moşe Yaalon yeni silah sövdələşməsi imzaladılar.

Hagel deyib ki, ABŞ İsraili bir sıra inkişaf etmiş yeni hərbi təchizatlar, o cümlədən anti rada raketləri, qırıcı təyyarələr üçün radar sistemləri və digərləri ilə təmin edəcək.

ABŞ həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə də silah-sursat ticarəti sövdələşməsini imzlayıb.


Story Code: 258758

News Link :
https://www.islamtimes.org/az/news/258758/abş-silah-ticarətini-həyata-keçirmək-məqsədi-ilə-yaxın-şərqdə-müharibələr-yaradır

Islam Times
  https://www.islamtimes.org