0
Sunday 28 April 2013 - 15:01

Rusiya: Kimyəvi silahlar iddiası Suriyaya hücuma bəhanə ola bilməz

Story Code : 258789
Baqdanov
Baqdanov
Islam times.org/az/ - Şənbə günü Baqdanov jurnalistlərə müsahibəsində deyib: “Biz həqiqəti bilməliyik və tutarlı sübutumuz olmalıdır, sadəcə heç bir sübut olmadan mediada deyilən məlumatlara inana bilmərik.”

O əlavə edərək deyib ki, iddialar beynəlxalq qanunlar çərçivəsində sübut olunmalıdır və bu iddialardan başqa məqsədləri ələ gətirmək üçün istifadə olunmamlıdır.

Rusiya rəsmisi deyib: “Biz kimyəvi silahlar bəhanəsindən istifadə edilərək İraqın işğalını müşahidə etdik və sonda məlum oldu ki, orada heç bir şey yox imiş.”

Rusiya rəsmisi bu açıqlamanı ABŞ müdafiə naziri Çak Hagelin iddia edərək Amerika kəşfiyyatının Suirya hökumətinin kimyəvi silahlardan istifadə etməsi haqqında məlumat əldə etdiyini bildirdikdən iki gün sonra etdi.

Cümə günü adı çəkilməyən Suirya rəsmisi bu ittihamları rədd edərək deyib ki, Dəməşq öz gücünə və adi silahlara güvənərək Suriyanın istədiyi ərazisinə gedə bilər və kimyəvi silahlardan istifadəyə heç bir ehtiyac yoxdur.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla bu münaqişə nəticəsində xeyli dinc insan həlak olub.

Suriya hökuməti bildirib ki, münaqişə xaricdən idarə edilir və dövlətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.

Suriya hökuməti Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni üsyançıları dəstəkləməkdə ittiham edib.
Source : Islamtimes
Comment