0
Sunday 28 April 2013 - 15:11

Qərb İran neftinə tətbiq edilən sanksiyaların təsirsiz olduğunu etiraf edib

Story Code : 258793
Qərb İran neftinə tətbiq edilən sanksiyaların təsirsiz olduğunu etiraf edib
Qərb İran neftinə tətbiq edilən sanksiyaların təsirsiz olduğunu etiraf edib
Islam times.org/az/ - Sənaye nazirinin müavini Əlirza Şocaei deyib ki, ABŞ və Qərb dövlətləri etiraf edərək bildiriblər ki, onların İrana qarşı tətbiq etdikləri ağır sanksiyalara baxmayaraq İran bunların öhdəsindən məharətlə gəlib və İran əsas gəlir mənbəyini neft sahəsindən qeyri neft sektoruna yönəldir.

O deyib: “Xarici tədqiqatçılar və ekspertlər təsdiq edərək bildiriblər ki, İran yeni mərhələyə qədəm qoyub və əgər İran öz neft hasilatını tamamilə dayandırsa belə ölkə iqtisadiyyatını qeyri neft sahələri hesabına idarə edə bilər.”

O deyib ki, ölkənin qeyri neft ixracı 20% artıb.
Qeyri neft sahəsi gəlirinin 2014-cü ilin 20 mart tarixinə qədər 50 milyard dolları keçəcəyini bildirən nazir müavini deyib ki, İran halhazırda dünyanın 150-dən çox ölkəsinə 3300 növ mal ixrac edir və bu da ölkənin çox yaxşı ticarət sisteminin olduğunu göstərir.

O qeyd edərək bildirib ki, İranın sənaye və mədən istehsalı durmadan inkişaf edir və bu da digər sahələrlə yanaşı ölkə iqtisadiyyatına xeyli gəlir gətirir.

2012-ci ilin əvvəllərindən etibarən ABŞ və Avropa Birliyi İranın neft və maliyyə sahəsinə qeyri qanuni sanksiyalar tətbiq etməyə başlayıblar.

ABŞ-ın rəhbərliyi ilə tətbiq edilən bu sanksiyaların arxasında İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə ittihamları dayanır.

Bütün bu təziq və sanksiyalara baxmayaraq İran qeyri neft sektorunu inkişaf etdirməklə və digər dövlətlər ilə əlaqələri möhkəmləndirməklə təziq və sanksiyaların öhdəsindən məharətlə gəlməyi bacardı və hətta düşmənin bu hiyləsini öz üçün bir fürsətə çevirdi.
Source : Islamtimes
Comment