0
Sunday 28 April 2013 - 15:44

“Azadlıq” qəzetinin əməkdaşları döyülüb

Story Code : 258803
“Azadlıq” qəzetinin əməkdaşları döyülüb
“Azadlıq” qəzetinin əməkdaşları döyülüb
Bəyanatda deyilir: - “Azadlıq” qəzetinin əməkdaşları Xaliq Qarayev və Seymur Həzi aprelin 27-də “20 Yanvar” metro stansiyası yaxınlığında Nəqliyyat Nazirliyinin müfəttişlərinin taksi sürücülərinə qarşı zorakı davranışlarını lentə köçürərkən təzyiqə məruz qalıblar. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər döyülüblər. Jurnalistlərə məxsus videokameranı yarasız hala salan müfəttişlər onu özləri ilə aparıblar.

Media Hüququ İnstitutu peşə borcunu yerinə yetirən jurnalistlərə basqıların Cinayət Məcəlləsinin 163-cü maddəsi üzrə məsuliyyət yaratdığını qeyd edir. Təəssüflər olsun ki, 2012-13-cü illərdə jurnalistlərə qarşı yol verilən 50-dən artıq basqı olayı ədalətli araşdırılmayıb, jurnalistlərə təzyiq edənlər cəzalandırılmayıb. Belə olaylar peşə fəaliyyətini yerinə yetirən jurnalistləri döyənlərin jurnalistin peşə fəaliyyətinə mane olmağa görə məsuliyyətə cəlb olunmamasının nəticəsidir. Cəzasızlıq mühiti qanunsuz əməllərə yol verənləri bunu xəbərləyən jurnalistlərə qarşı daha amansız rəftara həvəsləndirir.

Media Hüququ İnstitutu peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı qanunsuz hərəkətləri kəskin pisləyir. Jurnalistlərə qarşı törədilən belə hərəkətlər insanların məlumat axtarmaq, almaq və yaymaq azadlığına çox ciddi qorxular yaradır. İnstitut əlaqədar qurumları jurnalistlərin döyülməsi, peşə alətlərinin əllərindən alınması olayını ciddi və operativ araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli ölçülər götürməyə çağırır.
Source : Mediaforum
Comment