Ramiz Mehdiyev İrana gedəcək
29 Apr 2013 08:27
IslamTimes - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İrana səfər edəcək.
"Mehr" agentliyinin məlumatına görə, Ramiz Mehdiyev səfər çərçivəsində İranın Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşəcək.
Ramiz Mehdiyev həmçinin İranın digər rəsmilərilə də görüşlər keçirəcək.
Qeyd edək ki, İran KİV-ləri baş tutacaq danışıqların əsas mövzuları haqqında məlumat verməyib. /anspress/
Story Code: 258939