QR CodeQR Code

ABŞ və bəzi müttəfiqləri Suriya münaqişəsində günahlandırılıb

Islamtimes , 29 Apr 2013 17:50

İslamtimes - Türkiyədə təşkil edilən beynəlxalq sülh konfransında iştirak edən nümayəndələr ABŞ və onun Yaxın Şərqdəki bəzi müttəfiqlərini Suriya münaqişəsini yaratmaqda ittiham ediblər.


islamtimes.org/az/ - Bazar günü İstanbulda təşkil edilən konfransda iştirak edən 23 müxtəlif ölkələrdən olan iştirakçılar öz fikirlərini ifadə edərək bildiriblər ki, imperialist planları həyata keçirən ABŞ, bəzi Qərb dövlətləri, Qətər və Səudiyyə Ərəbistanı Suriyadakı münaqişəyə görə məsuliyyət daşıyırlar.

Konfrans iştirakçıları həmçinin NATO və yaxud digər xarici hərbi qüvvələrin Suriyaya müdaxilə planlarına da etiraz edərək bu fikri rədd ediblər.

Suriyadan olan nümayəndə Tammam Azzam deyib: “Mənim ölkəmə qarşı olan bu beynəlxalq terrorizmin əsas səbəbi odur ki, imperialist qüvvələrin tələbləri qarşısında diz çökmədi.”

ABŞ-dan xeyli yol qət edərək konfransda iştirak etmək üçün İstanbula gələn Cathy Goodman ölkəsinin regionda, məxsusəndə Suriyada gördükləri işlərlə narazı olduğunu bildirib.

Cathy Press TV-yə müsahibəsində deyib ki, ABŞ regional müttəfiqlərinin köməyi ilə regiondakı bəzi ölkələri işğal edərək dağıdır, çünki ABŞ istəyir ki, neft ilə zəngin olan Yaxın Şərqdə öz hegamonluğunu yaratsın.

“Amerikanın bütün imperialist macəraları hamısı amerikalıların ödədiyi vergilər hesabına həyata keçirilir. Çox təəssüflər olsun ki, prezident Barak Obamanın rəhbərliyi altında bizim ordu büdcəsi tarxi boyu ən yüksək həddə çatıb. Biz imperializm təcavüzünün bütün növlərinin qarşısını almaq istəyirik. ”

ABŞ sülh şurasının nümayəndəsi deyib ki, sadə amerikalılar Yaxın Şərqdə nələrin baş verdiyini bilmirlər, çünki qərb mediasında hadisələrin həqiqətləri təhrif edilir.

Anhar Koçnaev Suriyada xaricdən dəstək alan üsyançılar tərəfindən girov götürülmüş və 25 gün ərzində girov saxlanılmış Ukrayinalı jurnalistdir.

Koçnaev deyib: “Mən qorxmurdum və indi də qorxmuram. Onlar terroristdirlər. Mən bunun hər kəsə çatdırmalıyam. Onlar İslamçı olduqlarını iddia edirlər, ancaq onlar İslamçı deyillər. Onlar deyirlər ki, bu inqilabdır, ancaq belə deyil. Bu terrorizmdir.”

Konfrans iştirakçıları Suriya prezidenti Bəşər Əsədə dəstək festivalında iştirak etmək üçün Türkiyənin sərhəd ərazisi olan Hataya yola düşüblər.


Story Code: 259135

News Link :
https://www.islamtimes.org/az/news/259135/abş-və-bəzi-müttəfiqləri-suriya-münaqişəsində-günahlandırılıb

Islam Times
  https://www.islamtimes.org