0
Saturday 15 May 2010 - 13:12
Həzrət Fatimeyi-Zəhra (s.ə)” məscidin haqqında :

AİP müsəlmanları təbrik etdi

Story Code : 25918
AİP müsəlmanları təbrik etdi
"Ötən ilin son aylarında Bakının Suraxanı rayonun icra hakimiyyətinin həmin rayonun Yeni Günəşli yaşayış massivində yerləşən “Həzrət Fatimeyi-Zəhra (s.ə)” məscidinin tikinitisi haqqında əvvəllər verdiyi qərarı ləğv etmək və məscidi sökməklə torpaq sahəsini icra hakimiyyəti balansına vermək barədə yerli iqtisad məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi nəticəsində həmin qurumla məscidin icması arasında məhkəmə çəkişmələri davam etmişdir. 

Müsəlman ölkəsi olan Azərbaycanda qeyri-adi hadisəyə Respublikanın müxtəlif ictimai, siyasi təşkilatları, dindarlar, hacılar, QMİ, Azərbaycandan kənarda yaşayan müsəlmanlar, din xadimləri, mərcəyi-təqlidlər etirazlarını bildirmiş və demək olar ki, ölkəmizin bütün əhalisi məscidlərin dağıdılmasına qarşı olduğunu bildirmişdir. 

Bu gün aldığımız məlumata görə "Həzrət Fatimeyi-Zəhra (s.ə)" məscidinin sökülməsinin qarşısı alınmışdır. Rəsmi dövlət orqanları müsəlmanların tələblərini nəzərə alaraq məscid fəaliyyətini təmin edəcək. 

Bu münasibətlə bütün Azərbaycan xalqını, daxildə və xaricdə bu məsələyə dəstək verən və Allah qarşısında borcunu yerinə yetirən bütün insanlara, xüsusən bu müqəddəs işdə qədəm atan, zəhmət çəkən bütün möminlərə təşəkkürümüzü bildirir və onları bu münasibətlə təbrik edirik."

Source : arannews
Comment