QR CodeQR Code

Tayson Obamanı tənqid etdi

30 Apr 2013 18:41

IslamTimes - "Vergi ilə bağlı problemlər Barak Obamanın hakimiyyətə gəlməsindən sonra başlayıb"


Ağır çəkidə boks üzrə sabiq dünya çempionu Mayk Tayson ABŞ prezidenti Barak Obamanı tənqid edib. Məşhur boksçu Amerika prezidentini maliyyə problemlərində günahkar sayıb.
 
Qeyd edək ki, "Dəmir Mayk" hazırda ölkədə mövcud olan vergi qanunlarını da bəyənmədiyini açıqlayıb. "Vergi ilə bağlı problemlər Barak Obamanın hakimiyyətə gəlməsindən sonra başlayıb. Mən ABŞ-da yaşayıram və hüquqi cəhətdən qəsbkarlıq sayılan vergi ödəyirəm. Ümid edirəm ki, hazırki prezident vəziyyətin dəyişməsi üçün hansısa addımlar atacaq."


Story Code: 259478

News Link :
https://www.islamtimes.org/az/news/259478/tayson-obamanı-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org