QR CodeQR Code

Obama: Biz Suriyada kimin kimyəvi silahdan istifadə etdiyini bilmirik

Islamtimes , 1 May 2013 13:00

Islamtimes - ABŞ prezidenti Barak Obama deyib ki, Dəməşqin təkid ilə üsyançıların kimyəvi silahdan istifadə etməsini bildirməsinə baxmayaraq hələ ki, ABŞ-ın kimyəvi silahlardan kimin istifadə etməsi haqqında dəqiq sübutu yoxdur.


islamtimes.org/az/ - Çərşənbə axşamı günü Ağ Evdə mətbuat konfransında iştirak edən Obama bir daha Suriya hökumətinə qarşı təhdidlər irəli sürmüş və ölkəyə qarşı mümkün hərbi hücumdan söhbət açmış və demişdir ki, o Suriyada kimyəvi silahlardan istifadə haqqında faktlar istəyir.

Keçən həftə Ağ Ev və ABŞ kəşfiyyat agentliklərinin senata ünvanladığı məktubda deyilib ki, Suriya hökuməti ölkədə kiçik miqyasda kimyəvi maddələrdən istifadə edib, xüsusən də zəhərləyici kimyəvi maddə olan sarindən.

Buna bxamayraq çərşənbə axşamı günü Obama deyib ki, o məsələni dəqiqləşdirmək üçün faktlara ehtiyacı var.

Obama deyib ki, kimyəvi silahlardan istifadə ABŞ-ın Suriya münaqişəsindəki mövqeyində dəyişiklik yarada bilər.

Bütün bunlara baxmayaraq Nyu York Times, CBS xəbər sorğusu tərəfindən verilən son məlumatlarda bildirilir ki, Amerika xalqının 62%-i ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə qarşıdırlar.


Story Code: 259708

News Link :
https://www.islamtimes.org/az/news/259708/obama-biz-suriyada-kimin-kimyəvi-silahdan-istifadə-etdiyini-bilmirik

Islam Times
  https://www.islamtimes.org