0
Wednesday 1 May 2013 - 13:07

Müsəlman alimlər Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni Suriyaya müdaxilədə günahlandırıblar

Story Code : 259717
Müsəlman alimlər Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni Suriyaya müdaxilədə günahlandırıblar
Müsəlman alimlər Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni Suriyaya müdaxilədə günahlandırıblar
Islam times.org/az/ - Yığıncaq iştirakçıları deyiblər ki, Dəməşqdə və digər ərazilərdə vətəndaşları hədəfə alan terror hücumları, Hələbdə olan yepiskoplar Paul Yazigi və Con İbrahim də daxil olmaqla insanların girov götürülməsi göstərir ki, terrorist qruplar Suriya münaqişəsini siyasi danışıqlar yolu ilə həll etməyin qarşısını almaq istəyirlər.

Yığıncaqda iştirak edən müsəlman alimlər Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni Suriyaya qarşı yönəlmiş düşmən hiyləsinin tərkib hissəsi olmaqda və Suriyanı dağıtmaqda vasitəçilik etdiklərinə görə tənqid ediblər.

Çərşənbə axşamı günü Dəməşqin əl Merac ərazisinin insanların çoxluq təşkil etdiyi bölgəsində baş verən terror partlayışı zamanı 13 nəfər insan həlak olmuş və 70-dən çox insan isə yaralanmışdır.

Bazar ertəsi günü isə Dəməşq yaxınlığında yerləşən İbn Rüşd parkında baş verən terror partlayış ölüm və dağıntılara səbəb olub. Terror aktının hədəfi Suriya baş naziri Vail əl Halqi olmuşdur, ancaq baş nazir terror hadisəsindən sağ qurtula bilmişdir.
Source : Islamtimes
Comment