0
Wednesday 1 May 2013 - 13:34

ABŞ və İsrailin Yaxın Şərq planı iflasa uğrayıb

Story Code : 259740
ABŞ və İsrailin Yaxın Şərq planı iflasa uğrayıb
ABŞ və İsrailin Yaxın Şərq planı iflasa uğrayıb
Islam times.org/az/ - Livandakı ingilis dilli televiziya kanallarının bir qrup redaktor və analitkiləri ilə görüşdə Qəzənfər Roknabadi deyib ki, Suriya münaqişəsinin başlamasından iki il sonra ABŞ-İsrailin regiondakı planlarının iflasa uğraması nişanları artıq aşkar olur.

İranlı səfir həmçinin Suiryada üsyançılar tərəfindən kimyəvi silahların istifadə edilməsi hadisəsini pisləmiş və demişdir ki, Suriya əleyhinə olan bəzi dövlətlərin Suriya hökumətini bu cür silahlardan istifadə etməkdə ittiham etməsi təxribatçıların zəifliyinin və ümidsizliyinin göstəricisidir.

İsrail rejimi, Fransa və Böyük Britaniya Suriya hökumətini üsyançılara qarşı mübarizədə kimyəvi silahlardan istifadə etməkdə ittiham edib. ABŞ-da həmçinin bu ittihamları müəyyən dərəcədə dəstəkləyib. Ancaq Suriya bu ittihamları kəskin şəkildə rədd edərək yalan və böhtan olduğunu bildirib.

Suriyanın BMT-dəki nümayəndəsi Bəşər əl Cəfər 28 aprel tarixində deyib ki, Qərb dövlətləri kimyəvi silahdan istifadə məsələsini gündəmə gətirərək Suriyaya qarşı təziq göstərmək istəyirlər.

Suriya hökuməti dəfələrlə bəyan edərək bildirib ki, ölkədə mövcud olan münaqişəyə səbəb bir sıra xarici dövlətlərdir.
Source : Islamtimes
Comment