QR CodeQR Code

ABŞ KİV: İsrail Suriyada binanı bombaladı

4 May 2013 09:42

IslamTimes - CNN işğalçı İsrail rejiminin gecə yarısı Suriyaya hücum etdiyi barədə xəbər yayıb


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, CNN xəbər kanalı işğalçı İsrail rejiminin gecə yarısı Suriyaya hücum etdiyi barədə xəbər yayıb. Kanal bu hücumun silah istehsalı ilə məşğul olan bir mərkəz və silah daşıyan bir karvana qarşı həyata keçirildiyini bildirib. İddia edilib ki, həmin karvan Livandakı Hizbullah təşkilatına silah daşıyırmış.
 
CNN bildirib ki, ABŞ və digər Qərb ölkələrinin təhlükəsizlik orqanları cümə axşamı və cümə günü İsrailin hücum etdiyini göstərən məlumatları araşdırır.
 
ABŞ-ın Respublikaçı senatorlarından olan Lindsey Qraham da əlavə məlumat vermədən İsrailin Suriyaya hava hücumu təşkil etdiyini bildirib.
 
Xatırladaq ki, əldə olan məlumatlara əsasən İsrail, Amerika və Suriya rəsmilərindən heç biri uyğun xəbəri təsdiqləməyib.


Story Code: 260507

News Link :
https://www.islamtimes.org/az/news/260507/abş-kiv-israil-suriyada-binanı-bombaladı

Islam Times
  https://www.islamtimes.org