0
Sunday 5 May 2013 - 02:19

ABŞ: İsrail Suriyaya hücum edib

Story Code : 260791
ABŞ: İsrail Suriyaya hücum edib
ABŞ: İsrail Suriyaya hücum edib
İki ABŞ rəsmisinin bildirdiyinə görə İsrail rejimi Suriyaya hava hücumları həyata keçirib.

Adlarının bildirilmədiyi ABŞ rəsmilərinə istinad edən ABŞ mediası deyib ki, Tel Əviv bu hücumu cümə axşamı-cümə gecəsi həyata keçirib və rejim hərbi təyyarələri bu hücumları Suriya hava məkanına daxil olmadan həyata keçiriblər.

CBS xəbər agentliyi ABŞ mənbəsinə istinad edərək deyib ki, İsrail hərbi təyyarələri Suriya ərzasində yerləşən bazaları bombarduman ediblər.
Ancaq Suriya və İsrail tərəfindən heç bir rəsmi təsdiq və yaxud inkar olmayıb.

Suriyanın ABŞ-dakı səfiri Bəşər Cəfəri deyib ki, mənim halhazırda hansısa hücumdan xəbərim yoxdur.
Pentaqon da həmçinin məsələyə münasibət bildirməkdən boyun qaçırıb.

CNN xəbər kanalı isə həmçinin bildirib ki, Pentaqon hücumun baş verdiyi güman edilən vaxt çərçivəsində İsrail hərbi hava təyyarələrinin Livanın hava məkanı üzərində uçduğu haqqında məlumat əldə edib.
Bu ilin yanvar ayında İsrail hərbi hava təyyarələri Suriya ərazisində yerləşən hərbi tədqiqat mərkəzinə hücum etmişdir.
Source : Islamtimes
Comment