QR CodeQR Code

İsrail rejimi “Google”yə etiraz etdi

5 May 2013 13:46

IslamTimes - İsrail rejimi Google-nin son addımından narazı qalıb. Məsələ ondadır ki, Google şirkəti öz xəritəsində bundan sonra Fələstini artıq “Fələstin ərazisi” kimi deyil, Fələstin dövləti kimi göstərmək qərarına gəlib.


İsrail rejiminin Xarici İşlər Nazirliyinin mətbuat katibi İqal Palmor bildirib ki, Google-nin belə bir addımı onların təəssüfü və narazılığı ilə qarşılanıb.  Google şirkəti isə nə son yeniliyi, nə də İsrail rejiminin belə bir etirazı ilə bağlı rəsmi şərh verməyib.
Qeyd edək ki, 2012-ci ilin noyabrında BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Fələstin müstəqil dövlət statusu alıb. İsrail rejimi Fələstinin bu statusunu tanımayıb.


Story Code: 260931

News Link :
https://www.islamtimes.org/az/news/260931/israil-rejimi-google-yə-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org