Əhməd Vəhidi: “İranın Azərbaycan Respublikası ilə münasibətlərini pozmağa çalışırlar”
Story Code : 260983
APA-nın İRNA-ya istinadən məlumatına görə, Ə. Vəhidi Poldəşt şəhərinin əhalisi qarşısında çıxışı zamanı İran-Azərbaycan münasibətlərindən danışıb.
Nazir bildirib ki, qonşu ölkələrlə əməkdaşlıq münasibətlərinin qurulması İranın prinsipial siyasətidir: “Poldəşt şəhərinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşməsi mühüm əhəmiyyət kəsb edir. Ancaq bəzi görünən və görünməz əllər İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərini pozmağa çalışırlar. Lakin biz əlaqələrimizi gücləndirməklə qonşu ölkələrlə münasibətlərimizə müdaxilə edilməsinə və pozulmasına imkan verməyəcəyik”.