QR CodeQR Code

ABŞ yenə Çini ittiham etdi

7 May 2013 06:40

IslamTimes - Çin sənaye casusluğunun köməyilə hərbi modernləşmə texnologiyalarını əldə edir.


APA-nın məlumatına görə, bu barədə Pentaqonun hesabatında deyilir.
 
«Çin xarici sərmayə, birgə kommersiya müəssisələri, akademik mübadilə, vətəninə qayıdan çinli tələbə və müəllimlərin təcrübəsi, həmçinin dövlətin maliyyələşdirdiyi sənaye və texniki casusluqdan hərbi tədqiqatlar üçün istifadə edir», deyə Pentaqonun hesabatında bildirilir.

Pentaqonun məlumatına əsasən, Pekin müdafiə xərclərinin 114 milyard dollaradək artacağını bildirib. Lakin ABŞ müdafiə nazirliyi Çinin faktiki hərbi xərclərinin 2012-ci ildə 135-215 milyard dollar olduğunu iddia edir.


Story Code: 261421

News Link :
https://www.islamtimes.org/az/news/261421/abş-yenə-çini-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org