QR CodeQR Code

İsrail Dəməşqin tələsik qərar çıxarması ardıncadır

7 May 2013 10:34

IslamTimes - Suriya ordusunun son günlərdə terroristlərə sarsıdıcı zərbələr endirməsi, onları mühasirəyə alması səbəb oldu ki, sionist rejim terroristlərin xilası üçün bu ölkəyə hücum təşkil etsin.


İsraillə bağlı məsələlər üzrə ekspert olan Məhəmmədrza Haciyan “FarsNews”la müsahibəsi zamanı deyib: “Suriyadakı terrorizmin hamiləri Suriyanı qarışdırmaqda maraqlıdır."
 
Suriya ordusunun son günlərdə terroristlərə sarsıdıcı zərbələr endirməsi, onları mühasirəyə alması səbəb oldu ki, sionist rejim terroristlərin xilası üçün bu ölkəyə hücum təşkil etsin.
 
Ekspert deyib: “Unutmamalıyıq ki, sələfi terroristlərin mənəvi rəhbəri olan Yusif Qərdavi açıq şəkildə ABŞ-ın Suriyaya hücum etməsini istədi. O söz verdi ki, müxaliflər hakimiyyətə gələndən sonra İsrail əleyhinə addım atmayacaq. "
 
Ekspert əlavə edib: ABŞ bir sıra dəlillər səbəbindən özü birbaşa Suriyaya hərbi müdaxilə etmir. Elə bu üzdən də İsraildən öz əvəzinə Suriyaya hücum etməyi istəyib. Əminliklə deyə bilərəm ki, ərəb ölkələrinin müraciəti ABŞ və İsraili Suriyaya hücuma rəğbətləndirib.
 
Ekspert sonda deyib: İsrail bu qəfil hücuma Suriyanın tələsik cavab verməsini gözləyirdi. Bu yolla Suriyaya hərbi müdaxilə bəhanəsi də əldə oluna bilərdi.


Story Code: 261442

News Link :
https://www.islamtimes.org/az/news/261442/israil-dəməşqin-tələsik-qərar-çıxarması-ardıncadır

Islam Times
  https://www.islamtimes.org