0
Tuesday 7 May 2013 - 13:17

BMT: Suriyalı üsyançılar kimyəvi silahlardan istifadə ediblər

Story Code : 261513
BMT: Suriyalı üsyançılar kimyəvi silahlardan istifadə ediblər
BMT: Suriyalı üsyançılar kimyəvi silahlardan istifadə ediblər
Islam times.org/az/ - Röytersin verdiyi məlumata görə BMT Müstəqil İstintaq Komissiyasının üzvü Karla Del Ponte bazar günü jurnalistlərə açıqlamasında deyib: “BMT Müstəqil İstintaq Komissiyası Suriyada Suriya hökumət qüvvələrinin üsyançılara qarşı kimyəvi silahlardan istifadəni sübut edən heç bir dəlil tapmadı.”

Del Ponte müsahibəsi zamanı deyib: “Bizim tədqiqatçılar qonşu ölkələrdə olmuş və orada zərər çəkmişləri, həkimləri və sahə tibb məntəqələri işçilərini sorğu-sual etmişdilər. Onların verdiyi məlumata əsasən məlum olur ki, sarin qazından istifadə edilib.”

İsveçrənin sabiq baş prokuroru olan və Beynəlxalq Cinayət Məhkəməsində Yuqoslaviya üzrə ittihamçı vəzifəsində xidmət etmiş Del Ponte deyib: “Bu kimyəvi silahdan istifadə hökumət qüvvələri tərəfindən baş verməyib, əksinə bu müxalifət tərəfindən istifadə edilib.”

Suriya hökuməti və xaricdən dəstək alan üsyançılar bir-birilərini üç dəfə kimyəvi silahdan istifadə etməkdə ittiham edirlər. Birinci dəfə mart ayında Hələb yaxınlığında, ikinci səfər Dəməşq yaxınlığında və üçüncü səfər isə keçən ilin dekabr ayında Homs şəhərində.

17 Dekabr tarixində Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Cəfəri BMT Təhlükəsizlik Şurasına və BMT baş katibinə ünvanladığı məktubda deyib ki, xaricdən dəstək alan üsyançıların kimyəvi silahlardan istifadə etməsi və bu istifadəni hökumətin üzərinə yıxması ehtimalı var.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xeyli insan həlak olub.

Suriya hökuməti münaqişənin xaricdən idarə edildiyini demiş və bildirmişdir ki, hökumətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment