QR CodeQR Code

Putindən Netanyahuya sərt xəbərdarlıq

7 May 2013 21:25

IslamTimes - Putin ABŞ, İsrail, NATO və digər qüvvələrə Suriya dövlətini aşırmaq üçün macal verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.


“IslamTimes” xəbər verir ki, İsrail təhlükəsizlik xidmətlərinə yaxınlığı ilə tanınan sionist “Debka File” saytı sionist rejimin Suriyaya hava hücumundan sonra baş verən olaylar haqda yazıb.
 
Sionist mənbənin bildirdiyinə əsasən, hazırda Çində səfərdə olan İsrail rejiminin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimer Putin arasında telefon danışığı baş tutub. Putin İsrail qırıcılarının Suriyaya hücumunu tənqid edərək çox sərt bir şəkildə Netanyahuya deyib ki, Rusiya Suriyaya növbəti ehtimali hücuma ağır cavab verəcək.
 
Rusiya prezidenti uyğun cavabın necəliyinə işarə etməyib. Bildirilir ki, Putin Suriyaya müasir hərbi təchizatlar göndərilməsi ilə bağlı göstəriş verib. “Debka File” iddia edib ki, böyük ehtimalla Rusiya Suriyaya S300 havadan müdafiə sistemi və nüvə başlıqları daşımaq qabiliyyətinə malik Aleksandr 9K720 raketləri vermək niyyətindədir.
 
Putin telefon bağlantısı zamanı ABŞ, İsrail, NATO  və digər qüvvələrə Suriya dövlətini aşırmaq üçün macal verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.


Story Code: 261681

News Link :
https://www.islamtimes.org/az/news/261681/putindən-netanyahuya-sərt-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org