0
Thursday 9 May 2013 - 12:51

Sionist rejim səfirinə xəbərdarlıq

Story Code : 262210
Sionist rejim səfirinə xəbərdarlıq
“IslamTimes” Küveytin rəsmi “Kuna” xəbər agentliyinə istinadən bildirir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Ömər Rüşdü deyib ki, İsrail səfiri Yaqub Amitay Misir XİN-nə çağırılıb. Sionist rejim səfirinə İsraildə Misir səfirliyinin işçiləri ilə kobud rəftara görə sərt şəkildə xəbərdarlıq edilib. Xatırladaq ki, Misir səfirliyinin işçiləri Beytül-Müqəddəsdəki “Əl-Qiyamə” kilsəsində keçirilən mərasimdə iştirak zamanı sionist rejimin məmurları tərəfindən kobudluqla üzləşmişdi. 
 
Ömər Rüşdü əlavə edib ki, Misir XİN sionist səfiri nazirliyi çağırdığı əsnasında İsrailin Suriya torpağına hücumunu məhkum edib və təkidlə bildirib ki, Misir İsrailin ərəb dövlətlərinə təcavüzünü kəskin şəkildə pisləyir və bununla müxalifdir.
 
Misir XİN sözçüsü Qüds müftisinin bir neçə saatlıq həbs olunub, sonra azad edilməsinə işarə ilə də bildirib ki, sionist səfirinin XİN-nə çağırılmasının bir səbəbi də elə bu hadisə olub.
Comment