0
Thursday 9 May 2013 - 13:02

“Ən-Nusrə” cəbhəsinin rəhbəri yaralandı

Story Code : 262214
“Ən-Nusrə” cəbhəsinin rəhbəri yaralandı
“IslamTimes” xəbər verir ki, Suriyada insan haqqlarının müdafiəsi təşkilatının rəhbəri Rami Əbdür-Rəhman Fransa KİV-nə deyib: “Ən-Nusrə qruplaşmasının rəhbəri Əbu-Məhəmməd Colani Suriya ordusunun Dəməşq ətrafını bombalaması nəticəsində yaralanıb.”
 
Hazırda Londonda fəaliyyət göstərən Suriya insan haqqlarının müdafiəsi təşkilatının rəhbəri deyib ki, Colani ayaq nahiyəsindən yaralanıb. Hüquq müdafiəçisi uyğun mövzu ilə bağlı daha ətraflı xəbər verməyib.
 
Həmçinin Dəməşq ətrafında olan müxaliflərdən biri bildirib ki, ordunun hücumu nəticəsində çox sayda “Ən-Nusrə” yaraqlısı ağır yaralanıb.
 
Xatırladaq ki, “Ən-Nusrə” cəbhəsi Suriya hakimiyyətinə qarşı vuruşan ən fəal, müvəffəq qruplaşma kimi tanınır. Qruplaşmanın rəhbəri Əbu-Məhəmməd Colani Əl-Qaidə rəhbərliyi ilə görüşərək onlarla həmpeyman olduqlarını dilə gətirmişdi.
Comment