0
Thursday 9 May 2013 - 13:04

İordaniya sionistlərin səfirini qovur

Story Code : 262215
İordaniya sionistlərin səfirini qovur
“IslamTimes” “Əl-Aləm” kanalına istinadən xəbər verir ki, İordaniya parlament nümayəndələri sionist rejimin bu ölkədəki səfirinin qovulması və İordaniyanın işğal olunmuş ərazilərdə olan səfirinin geri çağırılması təklifinə müsbət səs veriblər. Uyğun təklifin parlament üzvləri tərəfindən qəbul edilməsinə səbəb sionistlərin Əl-Əqsa məscidinə son hücumu və işğal olunmuş ərazilərdə fələstinlilərin yeni həbs dalğasının başlamasıdır.
 
İordaniya xalqının parlamentdə olan təmsilçiləri parlament sədrinə təqdim etdikləri sənəddə “Vadi Ərəb” peymanına yenidən baxılmasını da istəyiblər.
Comment