0
Friday 10 May 2013 - 08:13

Türk polis suriyalı qaçqın uşağı döydü

Story Code : 262434
Türk polis suriyalı qaçqın uşağı döydü
Suriyadakı müharibələrdən qaçaraq Türkiyəyə sığınan Suriyalı uşağa Türk zabitləri hücum edib.  Reyhanlı qaçqın düşərgəsində yaşayan suriyalı uşaq Azad Suriya Ordusunun üzvləri və Türkiyə hərbiçisi tərəfindən möhkəm döyülüb.  Suriyalı uşaq Türkiyə bayrağını yandıran suriyalı qaçqın qadına qarşı türk polisinin zor tətbiq etməsinə etiraz etmək istəyib.
 
Bu zaman polislər uşağı həbs etməyə çalışsalar da uşağın qohumlarının müqavimətilə qarşılaşıblar. Az sonra uşağı ələ keçirən təhlükəsizlik qüvvələrinin əməkdaşları valideynlərinin gözü qarşısında uşağı döyməyə başlayıblar.  Bu zaman Suriyada üsyan edən terrorçu qruplaşmaların üzvləri də hadisə yernə gələrək uşağın “cəzalandırılmasını” davam etdiriblər. Üsyançılar həmçinin uşağın ailəsini Bəşər Əsəd tərəfdarı olmaqda və Əsədin düşərgədəki casusu olmaqda ittiham ediblər. /islam-azeri/
Comment