0
Friday 10 May 2013 - 08:18

İraqdan PKK ilə bağlı şok açıqlama

Story Code : 262436
İraqdan PKK ilə bağlı şok açıqlama
Nazirlikdən verilən yazılı açıqlamada, ölkədəki təhlükəsizlik və sabitliyin pozulmasına qarşı Türkiyədən gələn PKK terrorçularının İraq torpaqlarına girməsinin mümkün olmayacağını bildirilib.
 
“İraq hökuməti Türkiyədəki kürd probleminin sülh yolu ilə həllini dəstəkləyir” deyə bildirilən şərhdə, “Bununla birlikdə İraqın suverenliyi və əhalinin təhlükəsizliyinin, sabitliyinin təmin edilməsi və başqa ölkələrin daxili işlərinə qarışmamaq üçün, PKK terrorçularının İraq ərazisində yerləşməsi yolverilməzdir” deyə qeyd edilib.
İraq Kürd Regional Rəhbərliyi (İKRR) Baş naziri Neçirvan Bərzani isə daha əvvəl verdiyi açıqlamada, geri çəkilmə prosesini müsbət qarşıladıqlarını və "prosesin yaxşı bir şəkildə nəticələnməsi üçün əllərindən gələn bütün yardımları etməyə hazır olduqlarını" deyə qeyd etmişdi. /haqqyolu/
Comment