QR CodeQR Code

Times qəzeti :

Tehran bəyannaməsi sanksiyalara mane olacaq

IRIB , 20 May 2010 13:37

ABŞ-da çıxan Los-Anceles-Times qəzeti yazır: Tehran bəyannaməsi Birləşmiş Ştatların İran əleyhinə yeni sanksiyalar tətbiq etmək cəhdinə bir manedir.


ABŞ-da çıxan Los-Anceles-Times qəzeti yazır: Tehran bəyannaməsi Birləşmiş Ştatların İran əleyhinə yeni sanksiyalar tətbiq etmək cəhdinə bir manedir.
Fars Xəbər Agentliyinin məlumatına əsasən, Los-Anceles-Times Tehranda üç dövlətin tərəfindən imzalanan anlaşmanın müddəalarına işarə edərək bildirib ki, Türkiyə və Braziliyanın vasitəçiliyi ilə İranın aşağı faizdə zənginləşdirdiyi uranı xaricə göndərməyə razılıq verməsi Amerikanın Tehran əleyhinə sanksiyalar tətbiq etmək cəhdlərini puça çıxardı.
Qəzetin yazdığına görə Braziliya və Türkiyə rəsmiləri bildiriblər ki, bu bəyannamədən sonra Tehran əleyhinə əlavə sanksiyalar tətbiq etməyə ehtiyac qalmır.
Hal-hazırda Braziliya və Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daim üzvləri olaraq İran əleyhinə sanksiyalar nəzərdə tutan qətnamə barədə səsvermə hüququna malikdirlər.
İİR, Türkiyə və Braziliyanın xarici işlər nazirləri mayın 17-də Tehranda bir bəyannamə imzaladılar. Bu bəyannamədə qeyd olunur ki, İran aşağı faizdə zənginləşdirdiyi 1200 kq uranı Türkiyədə saxlayacaq və bunun əvəzində Tehran Tədqiqat Reaktoru üçün ehtiyac olan 120 kq nüvə yanacağı təhvil alacaqdır.


Story Code: 26261

News Link :
https://www.islamtimes.org/az/news/26261/tehran-bəyannaməsi-sanksiyalara-mane-olacaq

Islam Times
  https://www.islamtimes.org