0
Saturday 11 May 2013 - 00:21

ABŞ Konqresi: İrana qarşı sanksiyalar öz effektliyini itirir

Story Code : 262665
ABŞ Konqresi: İrana qarşı sanksiyalar öz effektliyini itirir
ABŞ Konqresi: İrana qarşı sanksiyalar öz effektliyini itirir
Islam times.org/az/ - Konqres Araşdırma Mərkəzi hesabat yayımlayaraq İranın sanksiyalara iqtisadi cəhətdən uyğunlaşmaqla onların strateji effektliyini azaltdığını bildirmiş və demişdir ki, ABŞ-ın İranın enerji sektoruna tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı, minerallar və sənayə malları kimi qeyri neft sahəsinin xeyli inkişaf etməsinə səbəb olmuşdur.

Hesabatda daha sonra deyilir: “Sanksiyalar İranın Yaxın Şərq bölgəsində təsirini və strateji üstünlüklərini azalada bilmədi və İslam Respublikasının müdafiə sahəsini inkişaf etdirməsinin qarşısını almağa müvəffəq olmadı.”

“Bəziləri sübutlar gətirərək bildirirlər ki, İran sanksiyaları özü üçün fürsətə çevirirərək iqtisadiyyatın bir çox sahəsini inkişaf etdirmiş və neftən asılılığı minimum endirmişdir.”

Konqres Araşdırma Mərkəzi daha sonra sanksiyaların İran nüvə enerji proqramının qarşısını da almağa müvəffəq olmadığını bildirib.
2012-ci ilin əvvəllərində ABŞ və Avropa Birliyi İranın neft və maliyyə sektoruna yeni sanksiyalar tətbiq ediblər və bu sanksiyalardan məqsəd digər ölkələri İran neftinin almasının və İran Mərkəzi Bankı ilə köçürmələrin həyata keçirilməsinin qarşısını almaqdır.
Source : Islamtimes
Comment