QR CodeQR Code

Türkiyədə terror yenə canlar aldı

11 May 2013 18:55

IslamTimes - Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.


Daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a yüksəldiyini və yaralıların sayının 100 nəfər olduğunu açıqlayıb. Xatırladaq ki, hadisədən sonra 4 nəfərin öldüyü bildirilib.
 
Terror içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.


Story Code: 262890

News Link :
https://www.islamtimes.org/az/news/262890/türkiyədə-terror-yenə-canlar-aldı

Islam Times
  https://www.islamtimes.org