QR CodeQR Code

Yəmən Türkiyə silahlarını müsadirə edib

11 May 2013 19:06

IslamTimes - Türkiyəyə məxsus silah-sursatın Yəmənə gizli şəkildə gətirilməsi aşkar edilib.


İslamazeri.az-ın “Əl-Aləm”-ə istinadən verdiyi xəbərə görə, mayın 10-da Yəmənin Müdafiə Naziri Türkiyədən ölkəsinə gizli yolla gətirilən silahları sərhəddə aşkar etdiklərini deyib.
Artıq 5-ci dəfədir ki, Türkiyədən Yəmənə gizli yollarla silah daşınması həyata keçirilib və 5-ci dəfə də silah qaçaqmalçılığın qarşısı alınıb. Silahlar müsadirə edilib.
Yəmən kəşfiyyatı hadisə ilə bağlı istintaq başladaraq silahların hansı hədəfə aparılmasını araşdırır.
ABŞ tərəfi isə Yəmənə ultimatum göndərərək Türkiyə silahlarının müsadirə olunmasını pisləyib. 
Mindən çox silah müsadirə olunub.


Story Code: 262896

News Link :
https://www.islamtimes.org/az/news/262896/yəmən-türkiyə-silahlarını-müsadirə-edib

Islam Times
  https://www.islamtimes.org