0
Sunday 12 May 2013 - 15:53

Dünya müsəlmanları İsrailin Suriyaya təcavüzünə etiraz edir

Story Code : 263131
Dünya müsəlmanları İsrailin Suriyaya təcavüzünə etiraz edir
Dünya müsəlmanları İsrailin Suriyaya təcavüzünə etiraz edir
Islam times.org/az/ - Press TV-nin verdiyi məlumata əsasən əksər dünya müsəlmanları Suriya daxilində fəaliyyət göstərən xaricdən dəstək alan üsyançılara dəstək vermək məqsədi ilə Suriyaya qarşı bir sıra hücumlar həyata keçirən İsrail rejiminə öz etirazlarını nümayiş etdiriblər.

Cümə günü müxtəlif ölkələrdə yaşayan minlərlə müsəlmanlar kütləvi nümayişlər təşkil etmiş və İsrail rejimi əleyhinə şüarlar səsləndirmişdir.

Onlar həmçinin İsrailin bayrağını yandırmış və İsrailin Suriya torpaqlarına qarşı təcavüzünə qlobal təziqlər göstərilməsinə çağırmışdır.

Hindistanın nəzarətində olan Kəşmir ərazisində yüzlərlə qəzəbli etirazçı ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahunun təsvirlərini yandırmışdılar. Onlar həmçinin ABŞ və İsrailin Suriyanın daxili işlərinə qarışmaqda tənqid etmişdilər.

Etriazçılar deyib ki, ABŞ və İsrail kəşfiyyat xidmətləri CİA və Mossad Suriyada, İraqda, Somalidə və Əfqanıstanda müsəlmanlar arasında çaxnaşma və düşmənçilik yaymaqla məşğuldurlar.

Misir paytaxtı Qahirədə də etriazçılar İsrailin müsəlman dünyasının əsas düşməni olduğunun bəyan etmişdilər. Onlar İsrail bayrağına od vurmuş və “İsrailə ölüm. İsrailə və onun əlaltılarına ölüm,” şüarları səsləndiriblər.

Minlərlər iranlı da həmçinin cümə günü paytaxt Tehran və digər şəhərlərin küçələrinə axışaraq İsrailin Suriyaya qarşı təcavüzünü tənqid etmiş və beynəlxalq ictimaiyyətdən İsrailə təziqlər göstərməyi tələb etmişdilər.

Onlar həmçinin Suriyadakı üsyançıların müqəddəs ziyarətgahları dağıtmalarını da tənqid etmişdilər.
Suriya dövlət televiziyası keçən bazar günü məlumat verərək bildirmişdir ki, İsrail paytaxt Dəməşqdən şimalda yerləşən Cəmraya tədqiqat mərkəzinə hava zərbələri endirmişdir.
Source : Islamtimes
Comment