QR CodeQR Code

Britaniya və ABŞ terroristləri silahlandırmaq haqqında gizli danışıqlar aparırlar

Islamtimes , 12 May 2013 23:07

İslamtimes - Yenicə aşkar edilmiş gizli məlumatda aydın olub ki, Britaniya və ABŞ prezident Bəşər Əsədə qarşı döyüşən terroristləri silahlandırmaq haqqında gizli danışıqlar aparırlar.


islamtimes.org/az/ - Bu məlumat Sionist İsrail rejiminin Suriyaya qarşı tətbiq etdiyi zorakılıq hadisəsindən sonra üzə çıxdı.

Məlumata əsasn müdafiə naziri Filip Hammond ABŞ-a səfəri zamanı tərəf müqabili Çak Hagel ilə görüşmüş və halhazırda Suriya hökumətinə qarşı döyüşən terroristləri və üsyançıları silahlandırmaq haqqında müzakirələr aparıblar.

Əl Qaidə terror qrupunun Suriyada hökumətə qarşı müharibə elan etməsindən və bəzi düşmən dövlətlərin anti-Suriya cəbhəsinə qoşularaq terroristləri dəstəkləməsi nəticəsində Suriya artıq iki ildir ki, münaqişə içərisindədir.

Etibarlı mənbənin bildirdiyinə görə ABŞ bu həftə və yaxud növbəti həftə bu haqda qərar gələcək və Britaniyanın da onların qərarına qoşularaq Suriyadakı terroristlərə silah-sursat göndərməyin yollarını müzakirə edəcəklər.

Məlumatda həmçinin bildirlir ki, Britaniya bu yaxınlarda Suriyaya qonşu olan ölkələrə 20 milyon funt sterlinq dəyərində silah-sursat və tank əleyhinə raketlər göndərib və bunlar bir neçə saat ərzində artıq terroristlərin əlində olmuş olacaq.

Bu arada şənbə günü Rusiya elan edərək bildirib ki, Moskva Suriyaya müdafiə gücünü artırmaq üçün havadan müdafiə raketləri göndərib.

Xarici işlər naziri Serqey Lavrov Polşadan və Almaniyadan olan tərəf müqabilləri ilə görüşdə deyib ki, bu paket artıq Suriyaya satılıb və halhazırda çatdırılma mərhələsindədir.

Ruisya prezidenti Vladimir Putin Suriyanın ən böyük dəstəkçisi olaraq İsraili Suriyaya qarşı növbəti təcavüzlərə qarşı xəbərdarlıq edib.

İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparan Putin deyib: “Rusiya daha İsrailin Suriyaya hücumuna səbr etməyəcək və cavab verəcək.”


Story Code: 263268

News Link :
https://www.islamtimes.org/az/news/263268/britaniya-və-abş-terroristləri-silahlandırmaq-haqqında-gizli-danışıqlar-aparırlar

Islam Times
  https://www.islamtimes.org