0
Sunday 12 May 2013 - 23:26

Beyinləri kimlər zəhərləyir?

Story Code : 263279
Beyinləri kimlər zəhərləyir?
Beyinləri kimlər zəhərləyir?
Islam times.org/az/ - Azərbaycanda antiiran qüvvələrin fəallığının artması nə ilə bağlıdır sualı kimisə düşüdürübmü? Bu sualın cavabından əvvəl İrana bir virtual səhayət edək, İslam Respublikasında dini dəyərlərin qorunması üçün hansı məhrumiyyətlərə düçar olduğuna baxsaq, yadımıza Əli Əleyhissəlamın çəkdiyi zülmlər düşər.

İranda həm hakimiyyət həm də orda yaşayan azərbaycanlı əsilli iranlılar Azərbaycana və burdakı xalqa can deyir, qardaş deyir, məhəbbət və sevgi deyir. Ancaq Azərbaycanın özündə isə əfsuslar ki, İrana qarşı münasibətdə bəzi bəzi qruplar, dairələr, deputatlar və siyasətçilər düşmənçilik mövqeyi sərgiləyir.

İctimai təşkilatların bəziləri və diaspor təşkilatlarının da ən böyüsü olan DAK da İrana qarşı düşmənçiliyi açıq aşkar nümayiş edir. Əlbəttə Azərbaycanda dindar kəsim, Nardaran da var. Sabir Rüstəmxanlı kimi deputatlar və siyasətçilərin çox sayda meydana gəlməsində bir amil ciddi şəkildə nəzərə alınmalıdır, bu da ABŞ və Ərdoğan hakimiyyətinin İrana qarşı bir cəbhədə yer almasıdır.

ABŞ bunu açıq edir, çünki elə İran özü də ABŞ və İsrailə qarşı düşmənçiliyi gizli etmir, Türkiyə hakimiyyəti isə özünün fikrinə görə milli maraqları baxımından gizli edir. Ərdoğan hakimiyyəti inanıb ki, regionda pantürkizmin inkişafı, Osmanlının nüfuzunun artırılması üçün, İrandan tutmuş ərəblərə qədər hamının yanında özünü lider kimi təsdiqləməsi üçün ABŞ dəstəyi qaçılmazdır.

Ədalət naminə deyim ki, Ağ Ev də Türkiyəni xəyal qırıqlığını uğratmır, Türkiyənin bölgədə lider olması üçün dəstəyi hələ ki, əsirgəməyib, iş o yerə çatdı ki, İsraildən üzr istənilməsi üçün Tel Əvivə təzyiq də etdi. Belə çıxır ki, ABŞ Türkiyəyə bu qədər irəli getmək imkanı, şansı verdirsə, bunun ardından daha nələr baş verə biləri düşünb tapmaq çox asandır.

Bu qədər iş qabağında Azərbaycanda türkçülük və antiiran münasibətlərini daşıyan təşkilatların və siyasətçilərin meydana gəlməsi hələ az bir şeydir. Son zamanlar isə DAK, CAMOH kimi təşkilatlar daha çox gənclər arasında iş aparır, özü də bu işi təkcə Azərbaycanda yox elə İranda da aparır.

Sözsüz ki, bu cür təşkilatlar əliyev rejiminin razılığı olmadan fəaliyyət göstərə bilməz. Məsələn, ABŞ hakimiyyətin razılığı olmadan hər hansı bir təşkilat fəaliyyət göstərə bilər, çünki bu ölkədə demokratiya elə bir səviyyədədir, ümumiyyətlə isə hər hansı bir təşkilat qanun çərçivəsində fəaliyyət göstərəcəksə hakimiyyətin icazə verməsindən və ya verməməsindən söhbət gedə bilməz.

Ancaq hamı çox yaxşı bilir ki, Azərbaycanda İlham Əliyevin icazəsi olmadan nə səhər açılır,nə gün doğur, nə də ay çıxır (əstəğfürüllah). Kimlərinsə təşkilatlanıb antiiran fəaliyyəti isə icazəsiz ümumiyyətlə mümkün deyil, özü də bu təşkilatlar açıq aşkar deyir ki, İranda dini dövləti devirib yerində dünyəvi türk dövləti quracaqlar.

Yəqin buna görədir ki, bir neçə həftədir bütün mətbuat səhifələrində, İranın “Traxtur” futbol komandası ilə bağlı məlumatlar, kliplər yayılır. Birinci təəssürat bu olur ki, futbol hara inqilab, milli oyanış hərəkatı hara? Ancaq məsələyə bir qədər başqa bucaqdan da baxmaq olar. Futbol idmandır, ancaq fikir verirsinizsə, “Traxtur” futbol komandasının azərkeşləri əsasən gənclərdən ibarətdir, gənclər isə bütün dünyada olduğu kimi İranda da etiraz edən təbəqəni təşkil edir, bu onlarda olan təbi xüsusiyyətdir.

Onda belə çıxır ki, “Traxtur”u öz məqsədləri üçün alətə çevirmək istəyənlər durnanı gözündə vurublar. “Traxtur” futbol komandasının azərkeşləri təkcə idmanla bağlı deyil həm də siyasi bəyanatlar da verməkdən geri qalmırlar. İranlı gənclərin isə beynini dolduran DAK kimi təşkilatlardır, bu təşkilatların yaşlı adamları ABŞ və Türkiyədə təlim alıb sonra da öz işlərini görürlər.

Müxtəlif formalarda, siyasi, milli kimilik, dil azadlığı, təhsil, türkçülük musiqiləri ilə. Yəni hamıya eyni cür təsir edə bilmədiklərini düşünüb hərənin qəlbinə bir yolla daxil olurlar. Lap şeytanın taktikasını oxşadı, ancaq kim bilir, bəlkə elə şeytdan da təlim alırlar.
Source : Islamtimes
Comment