İlqar İbrahimoğlu ATƏT-in dəvətilə Varşavaya yola düşür
Story Code : 263328
ATƏT-in Daimi Şurası egidası altında təşkil edilən bu toplantı, illik format üzrə keçirilir. Budəfəki toplantını KİV azadlığı üzrə müzakirələr formatında keçirmək qərarlaşdırılıb. Seminarda təşkil edilən diskussiyalar 3 işçi qrup üzrə olacaq:
- KİV azadlığını təmin etmək üzrə beynəlxalq mexanizm; - KİV azadlığını təmin etmək üzrə milli mexanizmlər əsasında qabaqcıl praktika; - ATƏT çərçivəsində qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi.
Toplantının son plenar iclası səsləndirilən təklif və tövsiyələr ətrafında rəy mübadiləsinə həsr ediləcək.