0
Tuesday 14 May 2013 - 16:45

AİP rəhbərliyi Hacı Məsim Novruzovla görüşüblər

Story Code : 263810
AİP rəhbərliyi Hacı Məsim Novruzovla görüşüblər
AİP sədr əvəzi Hacı Eçin Manafov, qurumun siyasi məsələlər üzrə sədr müavini Hacı Akif Heydərli və partiya funksioneri Hacı Elşən Orucov Bülbülə qəsəbə sakini, yenicə həbsdən çıxmış Hacı Məsim Novruzovla görüşüblər.

Partiya funksioneri Hacı Elşən Orucovun islaminsesi.az portalına verdiyi məlumata görə, partiya yetkililəri Hacı Məsimin səhhəti ilə maraqlanmış, ona dini fəaliyyətlərində uğurlar diləmişlər. Görüşün təəssüratları barədə məlumat verən E. Orucov onu da bildirmişdir ki, Hacı Məsimin səhhətində nasazlıqlar olsa da, ruhiyyəsi yüksəkdir, heç bir şərləmə və böhtanlar, həbsi üçün saxta bəhanələr onu sarsıtmamışdır.
“Yolumuz birdir, Allah yoludur. Bundan düzgün yol görmürəm və bu müqəddəs amalımızı sonadək davam etdirərik, dini fəaliyyətimizi dayandırmağa bizi məcbur edənlər vardır. Amma bu bizim mənəviyyatımız, həyat tərzimiz, qeyrətimiz olduğu üçün bu yolu tərk edə bilmərik” – deyə Hacı Məsim bildirmişdir.
Source : İslaminsesi
Comment