QR CodeQR Code

Dindar bloger həbs olunub?

İslamazeri , 15 May 2013 16:53

İslamtimes - “Amerikanınsəsi” saytı xəbər verir ki, dindar bloger Rəşad Həqiqət Agaaddin mayın 10-da narkotik ittihamı ilə tutulub.


islamtimes.org/az/ - Bu barədə ailə üzvləri məlumat verib. Ailə üzvlərinin sözlərinə görə, Rəşad Həqiqət Ağaaddini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Turan” agentliyinə Rəşad Həqiqət Ağaaddinin saxlanması ilə bağlı məlumat verməkdən imtina edib. “Bizdə kiminsə saxlanması ilə bağlı hər hansı məlumat yoxdur”.

Rəşad Həqiqət Ağaaddin “Qarabağ Azadlıq Təşkilatı”-nın mətbuat şöbəsinin məsulu vəzifəsində də çalışıb.

“Mediaforum” saytı da məsələ ilə bağlı DİN-ə müraciət edib. Daxişi İşlər Nazirliyinin mətbuat xidməti bu barədə məlumata sahib olmadıqlarını bildirib.

Rəşad Həqiqət Ağaaddin “Facebook” sosial şəbəkəsində hakimiyyət əleyhinə statuslar paylaşıb.


Story Code: 264220

News Link :
https://www.islamtimes.org/az/news/264220/dindar-bloger-həbs-olunub

Islam Times
  https://www.islamtimes.org