0
Wednesday 15 May 2013 - 23:02

Putin Suriya münaqişəsini qızışdıranlara xəbərdarlıq edib

Story Code : 264323
Putin Suriya münaqişəsini qızışdıranlara xəbərdarlıq edib
Putin Suriya münaqişəsini qızışdıranlara xəbərdarlıq edib
Islam times.org/az/ - Putin bu açıqlamanı çərşənbə axşamı günü Soçidə Rusiyaya səfərdə olan İsrail baş naziri Benyamin Netanyahu ilə Suriya münaqişəsi haqqında müzakirələr apararkən deyib.

Putin əlavə şərh vermədən deyib: “Bu cür həssas bir dönəmdə vəziyyəti daha da pisləşdirəcək addımlardan çəkinmək daha da vacibdir.”
Harhalda belə hesab edilir ki, Putinin bu xəbərdarlığı həm xarici hərbi müdaxilə, həm də ki, Suriya hökumətinə qarşı döyüşən üsyançıları silah-sursat ilə təmin etməyə qarşı yönlib.

İki liderin Suriya münaqişəsi haqqında hərhansı bir razılığa gəlmələri haqqında heç bir əlavə məlumat verilməyib. İsrail Rusiyadan Suriya hökumətinə silah təchizatını dayandırmasını istəyir.

ABŞ dövlət katibi Con Kerri və Britaniya baş naziri David Kameron da artıq Rusiya prezidenti ilə Suriya münaqişəsi haqqında danışıqlar aparıblar.

ABŞ, Britaniya və İsrail Rusiyanı Suriya ilə silah sövdələşməsini dayandırmağa məcbur etmək istəyirlər. Bu sövdələşmə nəticəsində Rusiya Dəməşqə S-300 hava müdafiə sistemi satmağı qərara alıb.

Vaşinqton və Moskva Suriya məsələsində fikir ayrılığına malikdirlər. Vaşinqton və onun regional müttəfiqləri anti-Dəməşq üsyançıları dəstəkləyərək prezident Bəşər Əsəd hökumətini devirmək istədiyi halda, Rusiya Əsəd hökumətinin dəsətkçisi olaraq qalır.

Rusiya Əsədin devrilməsi istəyən Qərbin Suriya münaqişəsini daha da qızışdırmaqda ittiham edib. Vaşinqton isə cavabında Moskvanı Suriyada axıdılan qanların qarşsını almaq üçün kifayət qədər iş görməməkdə ittiham edir.
Source : Islamtimes
Comment