QR CodeQR Code

Putin Netanyahunu təxribatçılıqda günahlandırdı

XezerXeber , 16 May 2013 14:41

IslamTimes - Yəhudi baş nazir isə yalnız “İsrailin məqsədi öz vətəndaşlarını müdafiə etməkdir” ifadəsilə kifayətləndi.


Soçidə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşən Rusiya prezidenti Vladimir Putin Suriya ilə bağlı rəsmi Təl-Əvivə sərt xəbərdarlıq edib.
 
Putin Netanyahuya İsrailin Suriyada vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməsini bildirib: “Silahlı toqquşmalara dərhal son qoyulmalı, regionda mənfi ssenarilərin qarşısının alınması üçün diplomatik yollara üstünlük verilməlidir”.
 
Binyamin Netanyahu isə Putinlə Suriya müzakirələrinin təfərrüatını açıqlamaqdan çəkinib.
 
İran mətbuatının məlumatına görə yəhudi baş nazir yalnız “İsrailin məqsədi öz vətəndaşlarını müdafiə etməkdir” ifadəsilə kifayətlənib.


Story Code: 264563

News Link :
https://www.islamtimes.org/az/news/264563/putin-netanyahunu-təxribatçılıqda-günahlandırdı

Islam Times
  https://www.islamtimes.org