0
Friday 17 May 2013 - 17:10

Mövsüm Səmədova daha 14 min nəfər müraciət edib

Story Code : 264910
Mövsüm Səmədova daha 14 min nəfər müraciət edib
Mövsüm Səmədova daha 14 min nəfər müraciət edib
Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə və paytaxtda yaşayan vətəndaşlar-ziyalı, dindar, mömin insanların Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova etdiyi müraciətə qoşulanların sayı bir qədər də artıb. Qeyd edək ki, müraciət sahibləri hazırda 11 saylı cəzaçəkmə müəssisəndə həbs müddəti çəkən Səmədovdan prezidentliyə namizədliyini irəli sürülməsini xahiş edirlər.

İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə və Ucardan ümumilikdə 40 minə yaxın imza toplanıb.

Bu gün isə ölkənin şimal bölgəsindən olan Quba, Xaçmaz, Siyəzən və Şabran rayonların olan vətəndaşların 14 min imzalıq məktubu daxil olub. Vətəndaşlar keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşulduqlarını bildirirlər: “Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir. Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”(faktxeber)
Source : Faktxeber
Comment