0
Sunday 19 May 2013 - 07:32

“ABŞ və İsrail rejimi İrana hücum etməyi ağıllarına belə gətirə bilməzlər”

Story Code : 265301
“ABŞ və İsrail rejimi İrana hücum etməyi ağıllarına belə gətirə bilməzlər”
“İran İslam Respublikası bu günədək heç vaxt olmadığı qədər güclüdür. ABŞ və İsrail mənim ölkəmə hücum etməyi ağıllarına belə gətirə bilməzlər. İsrail rejimi hazırda ən zəif dövrünü yaşayır. Sionist rejim o qədər zəifləyib ki, kiçik, məhdud bir döyüşdə belə qələbə qazana bilmədi. Eyni şeyi təcavüzkar və müharibə haqqında durmadan şüarlar səsləndirən ABŞ-la bağlı da demək olar. O qədər müvəffəqiyyətsiz olublar ki, siyasətlərini dəyişdirib yeni şüarlar verirlər. Biz bu ölkələrin bu cür səhv addımlar atmayacağını bilirik, ancaq yenə də uzaq ehtimala qarşı və bu ölkələrə sərt cavab vermək üçün hazırıq”.
 
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, İran prezidentliyinə namizəd Səid Cəlili “Euronews” telekanalının Türkiyə xidmətinə müsahibəsində bildirib.
 
S. Cəlili Suriya mövzusunda suallara cavabında bunları deyib: “Biz ta əvvəldən Suriyada silahlı mübarizənin bir həll yolu olmadığını, siyasi yolla problemin nizamlanmasının lazım olduğunu söyləyirik. Suriyada əvvəlcə milli dialoq, sonra da milli seçki olmasını müdafiə edirik. Dünyadakı bütün digər xalqlar kimi, Suriya xalqı da gələcəyini özü təyin etməlidir. Təəssüf ki, Avropadakı bir ovuc ölkə və ABŞ səhv bir yol seçdi və öz mənfəətləri üçün terrorçuları dəstəklədi. Nəticədə on minlərlə insan həlak oldu. Bunun əvəzini yalnız Suriya xalqı ödəmir. Bu, eyni zamanda Avropa xalqı tərəfindən də ödənilir. Səhvlərində israr edərək Əfqanıstandakı terrorçuları minlərlə kilometr uzaqlıqdan Avropa sərhədinə qədər gətirdilər. Avropadakı insanlar da bundan narahatlıq keçirməlidir. Biz bütün bunları düşünərək hərbi variantdan əl çəkməklə siyasi yolla böhranda çıxıla biləcəyinə inanırıq”. /Haqqyolu/
Comment