0
Sunday 19 May 2013 - 08:03

Pakistanda nüfuzlu partiyanın vitse-prezidenti qətlə yetirilib

Story Code : 265305
Pakistanda nüfuzlu partiyanın vitse-prezidenti qətlə yetirilib
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər siyasətçini Kəraçidə yaşadığı evin qarşısında güllələyib.  

Qeyd edək ki, “Ədalət uğrunda Pakistan hərəkatı” partiyasının lideri ölkədə böyük nüfuza malik olan, kriket üzrə keçmiş çempion İmran Xandır.
 
Xatırladaq ki, ötən şənbə Pakistanda parlament seçkiləri keçirilib.  
 
Kəskin siyasi mübarizə müşahidə olunan Kəraçidə səslərin təkrar sayılması nəzərdə tutulub. 
Comment