0
Sunday 19 May 2013 - 10:38

Polis Hatayda etiraz yürüyüşü keçirənlərə sərt müdaxilə etdi

Story Code : 265349
Polis Hatayda etiraz yürüyüşü keçirənlərə sərt müdaxilə etdi
Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsində 150-dən çox insanın ölümüylə nəticələnmiş terror hadisələrinə etiraz məqsədiylə yürüş keçirilib.  
Yürüş etmək istəyən 500 nəfərlik qrupu əngəlləmək üçün polis barikadalar qurub. Bunun nəticəsində etirazçılarla polis arasında qarşıdurma yaranıb. Aralarında CHP Hatay millət vəkili Hasan Akgölündə olduğu qrup polis daş atıb. Polis isə etirazçılara qarşı göz yaşardıcı qazlardan və rezin güllələrdən istifadə edib. Yürüyüşdə iştirak edən şəxslər AKP hökumətinin istefasını tələb edib.  /islamazeri/
Comment