QR CodeQR Code

İran CİA və Mossada işləyən iki cəsusa ölüm hökmü tətbiq edib

Islamtimes , 20 May 2013 00:41

İslamtimes - İran ABŞ mərkəzi kəşfiyyat idarəsinə (CİA) və İsrail kəşfiyyat agentliyi olan Mossad işləməkdə günahkar bilinən iki nəfər haqqında ölüm hökmünü icra edib.


islamtimes.org/az/ - Tehranın İniqlabi Məhkəməsi tərəfindən barələrində ölüm hökmü çıxarılmış iki şəxs bazar günü səhər asılaraq öldürülüblər.

Muhəmməd Heydəri adlı Mossad cəsusu İranın gizli məlumatlarını toplayaraq İslam Respublikasından xaricdə müxtəlif görüşlərdə bu məlumatları İsrail kəşfiyyat agentliyinə ötürməkdə günahkar bilinmişdir.

Heydəri bu cəsusluq müqabilində Mossaddan xeyli miqdarda pul vəsaiti almışdır.

Digər cəsus Kouruş Əhmədi isə CİA agentləri ilə iş birliyi etmiş və İran haqqında gizli məlumatları zaman-zaman onlara ötürmüşdür.


Story Code: 265586

News Link :
https://www.islamtimes.org/az/news/265586/iran-cia-və-mossada-işləyən-iki-cəsusa-ölüm-hökmü-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org