QR CodeQR Code

Cəlili Paşazadəyə: Region dövlətləri hegamon güclərin planlarını boşa çıxarmalıdırlar

Islamtimes , 20 May 2013 23:59

İslamtimes - İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili hegamon güclərin regionda münaqişələr yaratmaq üçün planlarına qarşı xəbərdarlıq etmiş və region dövlətlərini öz milli güclərindən istifadə edərək düşmənin bu planını boşa çıxartmağa çağırmışdır.


islamtimes.org/az/ - Bazar günü Tehranda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşən Cəlili deyib: “Hegamon dövlətlər demokratiya adı altında və terror vasitəsilə regionda qeyri stabillik yaratmaq istəyirlər.”

O İran və Azərbaycan arasında olan dərin əlaqələrə toxunmuş və Tehranın Bakı ilə münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirmişdir.

Cəlili deyib: “İran İslam Respublikası Azərbaycanın müstəqilliyini, inkişafını və stabilliyini öz inkişafı və stabilliyi kimi bilir.”

Təhlükəsizlik şurasının katibi əlavə edərək deyib ki, Azərbaycanın dini və İslami gücü ölkənin ərazi bütövlüyü, inkişafı və təhlükəsizliyi üçün ən yaxşı dəstəkdir və Bakı bu vasitələrdən istifadə edərək problemləri həll etməlidir.

Paşazadə isə öz növbəsində deyib ki, İran və Azərbaycan xalqının qardaşlıq əlaqələrinə malikdir və Azərbaycan heç vaxt düşmənin iki dost arasına ayrılıq salmasına imkan verməyəcək.


Story Code: 265913

News Link :
https://www.islamtimes.org/az/news/265913/cəlili-paşazadəyə-region-dövlətləri-hegamon-güclərin-planlarını-boşa-çıxarmalıdırlar

Islam Times
  https://www.islamtimes.org