QR CodeQR Code

ETTELAAT ölkədə iki terrorçu dəstəni zərərsizləşdirməsi ilə bağlı bəyanat yayıb

21 May 2013 08:46

IslamTimes - İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) bəyanat yayıb.


Bəyanatda düşmənlərin İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkiləri ərəfəsində qarışıqlıq salmağa cəhd göstərdikləri bildirilir.

Bəyanatda ETTELAAT-ın təxribat cəhdlərinin qarşısını almağa nail olduğu və bu cür fəaliyyətlərin nəticəsi olaraq ölkənin qərb və şərq sərhədlərində silah qaçaqmalçılığı ilə məşğul olan iki terrorçu qrupu müəyyənləşdirərək zərərsizləşdirdiyi deyilir.

Terrorçu dəstə üzvlərinin İranın Sistan və Bəlucistan və Kirmanşah vilayətlərində ifşa edildiyi, onlardan “Kolt” tapançaları, qumbaralar və s. götürüldüyü, özlərinin isə məhkəməyə təslim edildiyi açıqlanıb. /apa/


Story Code: 265950

News Link :
https://www.islamtimes.org/az/news/265950/ettelaat-ölkədə-iki-terrorçu-dəstəni-zərərsizləşdirməsi-ilə-bağlı-bəyanat-yayıb

Islam Times
  https://www.islamtimes.org