QR CodeQR Code

“İsrail Suriyanın zərbələri müqabilində aciz qalacaq”

21 May 2013 08:55

IslamTimes - İşğalçı rejimin sabiq generalı ölkəsi üçün ciddi narahatlığın olduğunu etiraf edib


Sionist İsrail rejiminin sabiq hərbi kəşfiyyat rəhbəri bildirib ki, əgər Suriya İsrailin son hücumlarına cavab verməyə başlasa İsrail buna tab gətirə bilməyəcək.  General mayor Dayan qeyd edib ki, Suriyanın raket zərbələrinə bizim “dəmir qübbəmiz” çətin ki, lazımi reaksiya verə bilsin. İsrail tərəfi Bəşər Əsəd tərəfindən “Tişrin” raket sistemlərinin İsrailin yeni hava hücumlarına cavab vermək üçün hazır vəziyyətə gətirilməsini öyrənib.  Bu məlumat İsrailin kəşfiyyat peykləri tərəfindən çəkilmiş fotolar vasitəsilə əldə edilib. Əldə edilən foto şəkillərdə raket qurğularının artıq lazımi nöqtələrdə yerləşdirildiyi və tam hazır olduğu öz əksini tapıb. İsrail analitikləri bu məsələni ölkələri üçün ciddi təhlükə hesab edir.  /islamazeri/


Story Code: 265954

News Link :
https://www.islamtimes.org/az/news/265954/israil-suriyanın-zərbələri-müqabilində-aciz-qalacaq

Islam Times
  https://www.islamtimes.org