0
Tuesday 25 May 2010 - 10:56
İranda :

Xürrəmşəhr döyüşü yad edilir

Story Code : 26598
Xürrəmşəhr döyüşü yad edilir
İran İslam Respublikasında İran-İraq müharibəsi zamanı Xürrəmşəhrin azad edilməsi günü təntənə ilə qeyd edilir.

İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, 1980-1988-ci illərdə Səddam rejiminin İrana hücumu və bəzi bölgələri ələ keçirməsi, yeni qurulmuş İslam Respublikasını sarsıda bilmədi.

1982-ci ilin martından İran yenidən hücum əməliyyatları həyata keçirir, may ayında Xürrəmşəhr İran ordusunun şəhid verməsi və İraq ordusunun kütləvi məhv edilməsilə azad edilir.

Hərbi əməliyyatlar meydanı İraq ərazisinə keçmiş olur, ancaq yenidən mövqe müharibəsi başlanır.

1982-ci ilin iyununda Səddam Hüseyn sülh danışıqlarına başlamaq istədiyini bildirir. İmam Xomeyni isə orduya İraq ərazisindən geri qayıtmağı əmr edir.

Beləliklə Xürrəmşəhrin azad edilməsi İslam ordusu üçün çox əhəmiyyətli və bu müharibənin aqibətini həll etmiş olur.

Qeyd edək ki, Səddam Huseyn Xürrəmşəhrin heç vaxt azad olunmayacağını bəyan etmişdi.

Bu baş verəcəyi təqdirdə digər işğal edilmiş torpaqlardan İraq ordusunu özü çəkəcəyini bildirmişdi. Xürrəmşəhrin azad edilməsi, İranda müqavimət və imanın qələbəsi günü kimi qeyd olunur.

VİDEO XƏBƏRƏ KEÇİD

Source : islam-azeri
Comment